Xəbər axtarın

Son axtarış nəticələri:

Axtarışa verilən Abbas Abbasov Türkiyəni tərk etdi

17.12.2025 12:40

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.

Primeinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Abbas Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış.

Abbas Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub.

Saytın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Abbas Abbasov cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı onun oğlu keçmiş deputat Aydın Abbasovla əlaqə saxlamağa çalışıb. Lakin Aydın Abbasov atası ilə bağlı məsələni şərh etməkdən imtina edib. O, telefon zənglərini və mesajları cavabsız buraxıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlamışdır.

 

Paylaş: