Xəbər axtarın

Son axtarış nəticələri:

Əli Kərimli müayinə olunub, təkadamlıq kamerada saxlanılır

02.12.2025 11:46


Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.

Primeinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına yerləşdirilib.

Onun təkadamlıq kameraya yerləşdirildiyi məlum olub.

Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

Paylaş: