
“Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropanın ortaq düşməninə çevrildi. Bu da bizim üçün sərfəlidir”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O qeyd edib ki, Rusiyadan özümüzü, müstəqilliyimizi, Orta Asiyanı qorumaq üçün mütləq bu müharibəyə ehtiyac vardı. Rusiyanın başı özünü qarışdı, iqtisadi və hərbi gücü xeyli zəiflədi:
“Azərbaycan bu savaş sayəsində dünyanın gündəminə gəldi. Hətta bu müharibədən əvvəl Qarabağı aldıq. Qarabağ münaqişəsinin həllində Rusiyaya qarşı bir cəbhə açdıq. Avropa dövlətləri, xüsusilə İngiltərə, Amerika məhz ona görə bizi dəstəklədi.
Məsələn, dünənə qədər biz dünya siyasətinin obyekti idik. Amma sonra biz onun subyektinə çevrildik. Çünki artıq bizim regionda müharibə gedirdi. Yəni bu mənada, Avropa ilə Rusiya arasındakı ziddiyyətlər bizə sərf edirdi”.
Davamı “Qırmızı masa”da: