Xəbər axtarın

Son axtarış nəticələri:

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb- FOTO

06.12.2025 12:15


Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycanq Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında bildirib.

“Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”,-deyə paylaşımda bildirilib.

Paylaş: