
Bu gün səhər saatlarında İstanbul polisi Çekmeköy rayonunda yerləşən bir evdə narkotik axtarışı məqsədilə əməliyyat keçirib.
Primeinfo.az “Hurriyet”-ə istinadən xəbər verir ki, əməliyyat zamanı evin içindən polis əməkdaşlarına atəş açılıb.
Açılan atəş nəticəsində Xüsusi Hərəkat Şöbəsində xidmət edən polis əməkdaşı Emre Albayrak yaralanıb.
Hücum edənlərdən biri öldürülüb, ikisi isə sağ ələ keçirilib.