Xəbər axtarın

Son axtarış nəticələri:

Külli miqdarda qanunsuz siqaret ƏLƏ KEÇİRİLDİ

28.12.2025 13:16

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda – 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş: