Xəbər axtarın

Son axtarış nəticələri:

Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib: araşdırma aparılır

13.12.2025 23:10


Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib.

Prineinfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Elbəyi Kərimli 2024-cu ilin aprelində 6 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş: