
“Qərb Ukraynanı NATO-ya qəbul etməyəcək”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
Ekspertin sözlərinə görə, bu mövzu Rusiyaya qarşı diplomatik manevr kimi istifadə edilə bilər:
“Qərb deyə bilər ki, Ukraynanı NATO-ya qəbul etmirik. Bununla Rusiyadan müəyyən güzəştlər tələb etmək olar. Lakin əslində bu, dəyəri olmayan bir “mal”dır. Əgər Ukrayna NATO-ya qəbul ediləcəkdisə, bu, 2007-ci ildə Buxarest sammitində artıq baş verərdi. O vaxt həm Gürcüstan, həm də Ukrayna rəsmi müraciətlərini təqdim etmişdi”.
N.Cəfərli əlavə edib ki, Qərbin mövqeyi dəyişməyəcək və Ukraynanın NATO-ya üzvlüyü uzun müddət perspektivdə də mümkün görünmür.