
“Neftlix”də Pi Diddi barədə “Şon Kombs: Cəza” adlı dördseriyalı sənədli film təqdim olunub.
Bu barədə Primeinfo.az Oxu.az-a istinadən xəbər verir.
Məlumata görə, ekran əsəri əsl adı Şon Kombs olan reper və prodüserin həyatı barədədir.
Qeyd edək ki, o, seksual istismar və zorakılıqda ittiham olunaraq, dörd il iki ay həbs cəzası alıb. Əslində, belə ağır maddələrlə Diddi 20 il azadlıqdan məhrum edilə bilərdi. Lakin reper 2028-ci ildə azadlığa çıxacaq.
Serialda Diddinin ətrafındakı adamların bir çoxunun – həmkarlarının, iş yoldaşlarının və tabeliyində olan işçilərin, o cümlədən onun “seks-marafon”larında iştirak edən şəxslərin söhbətləri yer alıb. P.Diddinin keçmiş sevgilisi, məhkəmə işində əsas şahid olan Kassandra Ventura filmə çəkilməkdən imtina edib. Eyni zamanda, çəkilişlərdə Diddi, onun vəkilləri və ailə üzvlərinin heç biri çəkilməyiblər.
Qəhrəmanın aqressiv davranışları da daxil olmaqla bütün həyat hekayəsinin təsvir olunduğu filmin rejissoru Aleksandriya Steplton, icraçı prodüser isə Diddinin çoxdankı rəqibi “50 Cent”in reperi Kertis Ceksondur.
Diddi özü serialı “sifarişli biabırçılıq” adlandırıb. Təqdimatdan öncə onun vəkilləri serialın efirə çıxacağı təqdirdə, “Netflix”i məhkəməyə verəcəklərini bildiriblər.