
“Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ukrayna məsələsi ətrafında fikir mübadiləsi aparıblar”.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O bildirib ki, Ərdoğan və Putin Avropanın Rusiya aktivləri ilə bağlı atmaq istədiyi addımları da müzakirə ediblər:
“Liderlər belə bir ortaq qənaətə gəliblər ki, Avropa İttifaqı ölkələrinin bu cəhdləri beynəlxalq maliyyə sisteminin əsaslarının və prinsiplərinin laxlamasına səbəb ola bilər”.
***
14:53
Türkmənistanın paytaxtı Aşqabadda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən məlumat verir.
Görüş “Beynəlxalq Sülh və Etimad Beynəlxalq Forumu” çərçivəsində baş tutub.
Məlumata görə, görüşün açıq protokol hissəsində prezidentlərin ənənəvi replikaları olmayıb.
Görüşü 40 dəqiqə davam edib və mətbuata qapalı keçirilib.
Görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib. Liderlər görüşün protokol hissəsində çıxış etməyiblər, danışıqların əvvəlində açıqlama verməyiblər.
İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran və digərləri də iştirak edib.