
Tam əminəm ki, birgə səylərimiz sayəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcək.
Primeinfo.az-ın xəbərinə görə, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə bildirib.
“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyiniz böyük şəxsi töhfəyə və göstərdiyiniz dərin diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm”, – deyə Qurbanqulu Berdiməhəmmədov vurğulayıb.