
“Ramiz Mehdiyevin erməni olduğunu ilk dəfə mən ortaya çıxarmışam”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-də yayımlanan “Qırmızı masa” verilişində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.
Onun sözlərinə görə, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev əslən ermənidir.
“Mən bu adamın kimliyini ortaya qoymuşam. Mən özüm Ermənistanda böyümüşəm. Ramiz Mehdiyevin bütün qohumlarını tanıyıram. Yerevanda qardaşları, əmisi uşaqları var. Deyirlər ki, əslən Naxçıvandandır, amma xeyir. Ramiz Mehdiyev əslən azərbaycanlı yox, ermənidir”.
R.Mehdiyevin siyasi fəaliyyətini analiz edən partiya sədrinin sözlərinə görə, onun yalnız bir məqsədi olub – Heydər Əliyev hakimiyyətə gəlməsin:
“Ramiz Mehdiyev elə əvvəldən xəyanətkar olub”.
Daha ətraflı “Qırmızı masa”da: