
Rusiya qoşunları gecə Ukraynanın Odessa şəhərinə hücum edib.
Primeinfo.az xəbər verir ki, hücum nəticəsində Odessada azı 4 nəfər xəsarət alıb.
Zərbələrdən sonra evlər və avtomobillər yanıb.
Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lısak “Teleqram” kanalında iki rayonda çoxmərtəbəli binaların vurulduğunu və bir binada mənzil yanğınının baş verdiyini, nəticədə üçü uşaq da daxil olmaqla dörd nəfərin xəsarət aldığını yazıb:
“Zərərçəkənlərin hamısı tibb müəssisələrinə aparılıb və bütün zəruri yardımlar göstərilir”.
Lısakın sözlərinə görə, yaralananlar arasında 42 yaşlı kişi ağır vəziyyətdə, yeddiaylıq körpə, 14 yaşlı oğlan və səkkiz yaşlı qız orta ağır vəziyyətdədirlər.
Bütün zərərçəkənlər tibb müəssisələrinə aparılıblar və onlara lazımi yardım göstərilir.