Xəbər axtarın

Son axtarış nəticələri:

Sağlamlıq riskləri fonunda qərar: hansı siqaretlərin satışı qadağan edilir?

16.12.2025 20:36

Son günlər media və sosial mediada elektron siqaretlərin idxalı, istehsalı, satışı və istifadəsinin qadağan edilməsi ilə bağlı qanun layihəsi barədə müzakirələr artıb. Lakin qanuna ediləcək dəyişikliklər barədə məlumatlar bəzi hallarda təhrif olunur.

Primeinfo.az xəbər verir ki, layihənin əsas məqsədi elektron siqaretlərin dövriyyəsinin qadağan olunması və bu sahədə hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir.

Qanunda iki anlayış- ekektron siqaret və qızdırılan tütün məmulatı

Qanun layihəsi çərçivəsində “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında “tütün məmulatı” anlayışı dəqiqləşdirilir.

Paylaş: