
Dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçirilib.
Primeinfo.az xəbər verir ki, 5 saatlıq müzakirələrdən heç bir nəticə əldə edilməyib. Tərəflər ABŞ-ın təqdim etdiyi sənədləri nəzərdən keçirsələr də, ortaq mövqe formalaşdıra bilməyiblər.
Bu görüşü şərh edən siyasi ekspertlər hesab edirlər ki, Rusiya və Ukrayna arasında artıq dördüncü ildir gedən savaş hələ davam edəcək. Görünən odur ki, yaxın zamanlarda atəşkəs əldə edilməyəcək.
Siyasi şərhçi Rizvan Hüseynov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib ki, iki ölkə arasında atəşkəsin elan olunması bəzi qüvvələrə əl vermir:
“Bir sıra böyük siyasi və transmilli şirkətlərin marağındadır ki, Rusiya və Ukrayna arasındakı savaş bitməsin. Onlar müharibənin davamına daha çox dəstək verirlər, nəinki sülhə. Ona görə də mənə qəribə gələrdi, əgər Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə keçirilən görüş uğurla nəticələnsəydi. Yəni, müharibə hələ davam edəcək. Əfsuslar olsun ki, Trampın cəhdi lazımi effekt vermədi”.
Mövzu ilə bağlı daha ətraflı “Qırmızı masa”da: