
Ötən il Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər törətmiş 1 033 nəfər tutulub.
Primeinfo.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
Nazir bildirib ki, hesabat dövründə 214 kriminal qrup zərərsizləşdirilib.
Qrup halında baş verən cinayətlər 8.9, odlu silahın tətbiqi ilə baş verənlər 44.1, ailə münaqişəsi zəminli cinayətlər 3.1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17.5 faiz azalıb.
“Eyni zamanda, ümumi cinayətlər 6.2, ağır və xüsusilə ağır cinayətlər 8.6, qeyri-aşkar şəraitdə baş verənlər 10.5, qəsdən adam öldürmələr 8.8, qəsdən sağlamlığa ağır zərər vurmalar 4.7, mülkiyyət əleyhinə olanlar 6.7 (onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16.9), habelə yol-nəqliyyat hadisələri 12.3, qəzalarda ölənlərin sayı 9.8, xəsarət alanların sayı 13,6 faiz azalıb”, nazir bildirib.