Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın Venesueladakı səfiri kimdir? - FOTO

05.01.2026 16:30

Bu günlərdə dünyanın diqqəti Venesuela Respublikasına yönəlib. Bunun əsas səbəbi ölkədə baş verən beynəlxalq siyasi-hərbi böhran fonunda Nikolas Maduronun Venesuela prezidenti postundan devrilməsidir.

Primeinfo.az xəbər verir ki, yanvarın 3-də ABŞ tərəfindən Venesuelaya qarşı böyük miqyaslı hərbi əməliyyat həyata keçirilib, nəticədə Nikolás Maduro zərərsizləşdirilərək Amerikaya aparılıb və həbs edilib. Bu, Venezuelanın daxilində və beynəlxalq səviyyədə böyük şok effekti yaradıb.
N.Maduronun yerinə vitse-prezident Delsi Rodrigez müvəqqəti prezident elan olunub. Bu sürətli siyasi dəyişiklik hələ ki daxildə və xaricdə gərginlik yaradır.

Qeyd edək ki, Venesuela Azərbaycanla diplomatik əlaqələri olan dövlətlərdəndir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin may ayının 12-də qurulub.

Azərbaycanı Venesualada səfir Ruslan Novruz oğlu Rzayev təmsil edir.

Paylaş: