Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistan Rusiyadan Azərbaycan və Türkiyə ilə dəmir yolunun bərpası üzrə qərar verməsini gözləyir

15.01.2026 14:58

Ermənistan Rusiyadakı tərəfdaşlarından Azərbaycanın və Türkiyənin sərhədlərinə aparan dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilməsi barədə qərar qəbul etmələrini xahiş edib.

Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələ dövlət və hökumət başçıları səviyyəsində Rusiya tərəfi ilə aparılan danışıqlar zamanı müzakirə olunub: “Bəli, bu məsələ müzakirə olunub. Mən bunu Rusiya Prezidenti Vladimir Putin ilə müzakirə etmişəm, həmçinin, Ermənistan Baş nazirinin müavini özünün rusiyalı həmkarı ilə danışmaq imkanı əldə edib. Biz Rusiya tərəfdaşlarımızdan reaksiya gözləyirik”.

Paşinyan bərpa işlərinin həyata keçirilməsinə başlanması üçün vaxt çərçivəsindən də danışıb. O vurğulayıb ki, ABŞ-la TRIPP layihəsinin icrası üzrə çərçivə sazişi imzalandıqdan sonra münasib vaxt ən qısa müddət olmalıdır.

Paylaş: