
İran hava məkanını açıb.
Primeinfo.az xəbər verir ki, ölkənin hava məkanı təxminən beş saat bağlı qalıb.
“Flightradar24” portalında əksini tapan məlumata görə, artıq İran üzərindən uçuşlar həyata keçirilməyə başlanılıb.
***
İran bütün təyyarələr üçün hava məkanını bağlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “Flightradar24” portalının “X” hesabındakı məlumatda deyilir.
Məlumata görə, yalnız əvvəlcədən icazə almış beynəlxalq reyslərə uçuşlara icazə verilir.
Tehran tərəfindən yayımlanan NOTAM-a əsasən, məhdudiyyətlər yanvarın 15-i saat 08:00-dək qüvvədə olacaq.
Yanvarın 14-də Reuters ABŞ-ın 24 saat ərzində İrana zərbə endirə biləcəyi barədə xəbər vermişdi.