
İranın bir çox şəhərində etirazçıların hərəkətlərinə qarşı hökumətyönlü nümayişlər keçirilib.
Primeinfo.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Qeyd olunub ki, etirazlar Tehran, Bircənd, Zahidan, Zəncan, İlam, Kirman, Qum, Rəşt, Həmədan və Şəhri-Kord şəhərlərində keçirilib. Onlar hakimiyyəti dəstəkləyən şüarlar səsləndirib və “iğtişaşçıların törətdiyi son terror aktlarını qınayıblar.
Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran hakimiyyəti ABŞ və İsrailin “iğtişaşçıların terror aktlarında” iştirakını sübut edən sənədlərə malikdir.
Dekabrın 29-da İran rialının kursunun dollara nisbətdə kəskin şəkildə düşməsi səbəbindən Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. Dekabrın 30-da tələbələr də onlara qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayılıb.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian ötən gün televiziya vasitəsilə xalqa müraciət edərək ölkə əhalisini İslam Respublikasına və onun rəhbərliyinə dəstək nümayiş etdirməyə çağırmışdı.