Xəbər axtarın

Son axtarış nəticələri:

İranda polis idarəsinə basqın: ölən və yaralananlar var - VİDEO

04.01.2026 12:34

İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

Primeinfo.az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar polis idarələrindən birinə daxil olmağa cəhd göstəriblər.

Nəticədə silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub.

“Mehr” ölənlərdən birinin hüquq‑mühafizə orqanlarının əməkdaşı, digər iki nəfərin isə etirazçı olduğu məlumatını yayıb. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilir.

İranda ümumxalq etirazlarında daha əvvəl 3 nəfərin öldüyü bildirilmişdi.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.

 

 

Paylaş: