Xəbər axtarın

Son axtarış nəticələri:

İsrailin xarici işlər naziri bu ay Azərbaycana gələcək

10.01.2026 17:56


İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya səfər edəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə “AİA Global” məlumat yayıb.

Səfərin bir gün davam edəcəyi bildirilir.

Qeyd edilib ki, Gideon Saar Bakıda bir sıra görüşlər keçirəcək, Azərbaycanın xarici işlər naziri ilə danışıqlar aparacaq.

O, bundan sonra Qazaxıstana gedəcək.

Qeyd edək ki, ötən il noyabr ayında İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətində olduğunu açıqlayıb.

Paylaş: