Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə zəlzələ oldu

16.01.2026 15:43

Türkiyənin cənubunda zəlzələ olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Rixter cədvəli ilə 4 bal gücündə olan zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonu olub və yeraltı ocağı 7,01 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ yerli vaxtla 13:19-da (Bakı vaxtı ilə 14:19-da) baş verib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Paylaş: