Xəbər axtarın

Son axtarış nəticələri:

Atalara neçə gün ödənişli məzuniyyət verilir? - DƏMX

22.01.2026 15:14


“Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də uşağın doğulması ilə əlaqədar atalara ödənişli atalıq məzuniyyəti hüququnun təsbit edilməsidir”.

Primeinfo.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşdırılması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu anlayış Əmək Məcəlləsində mövcud idi, sadəcə olaraq ödənişli deyildi:

“Yeni tənzimləməyə əsasən, uşağın doğulması ilə bağlı tibb müəssisəsinin arayışı təqdim edildiyi halda, atalara doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Bu dəyişiklik ailə institutunun möhkəmləndirilməsinə, valideyn məsuliyyətinin bölüşdürülməsinə, eyni zamanda işçilərin sosial hüquqlarının genişləndirilməsinə, habelə gender bərabərliyinə xidmət edir”.

Paylaş: