
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Chinar Lunch Catering Service” MMC-nin İrandan gətirdiyi “Maryam Naderi Zarneh” şirkətinin istehsalı olan 1680 kiloqram nuqa qənnadı məhsulundan nümunələr götürülüb.
Primeinfo.az-a bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Məlumata görə, laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

