Xəbər axtarın

Son axtarış nəticələri:

Xərçəngdən əziyyət çəkən jurnalistin köməyə ehtiyacı var

22.01.2026 18:01

Jurnalist Gülşən Şərif xeyli vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkir.

Primeinfo.az-ın məlumatına görə, sosial şəbəkədə jurnalistlə bağlı kampaniya başladılıb. Məqsəd kimyaterapiyalar üçün maddi yardıma ehtiyac duyan Gülşən Şərifi dəstəkləməkdir.

“Bakıvaxtı.az”la əməkdaşlıq edən jurnalist 12 həftəlik kimyaterapiya seansının 3-cü həftəsini bitirib. Qarşıda onu daha 9 kimyaterapiya seansı və bir əməliyyat gözləyir. Lakin onun maddi durumu bu müalicələri qarşılamağatam yetmir.

Anası və xalasını xərçəngdən erkən itirən G.Şərfin özü də indi bu xəstəliklə mübarizə aparır. O, 3 yaşlı bir qız anasıdır.

Jurnalistin bank hesabı: 4169 7388 9054 9276.

Paylaş: