Xəbər axtarın

Son axtarış nəticələri:

30-a yaxın şair-yazıçı AYB-dən çıxarılıb

03.02.2026 13:35

“Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib”.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilib:

“Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək”.

Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.

 

İlkin Naib

Paylaş: