Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib - VİDEO

21.02.2026 12:52


ABŞ cümə günü Sakit okeanın şərq hissəsində narkotacirlərə məxsus gəmiyə zərbə endirib.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

“Kəşfiyyat təsdiqləyib ki, gəmi Sakit okeanın şərq hissəsində narkotiklərin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edib və narkotrafik üçün istifadə olunub”, – məlumatda bildirilib.

Məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Paylaş: