Xəbər axtarın

Son axtarış nəticələri:

ADY bayram günlərində əlavə qatar reysləri təyin edir - FOTO

25.02.2026 18:24

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə ölkədaxili marşrutlar üzrə əlavə qatar reysləri təyin edib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, 20-30 mart tarixlərində hər gün Bakı-Qəbələ-Bakı; 19-30 mart tarixlərində hər gün Bakı-Ağstafa-Bakı; 23 və 25 martda isə Bakı-Ağdam-Bakı marşrutu ilə səfərlər təşkil olunacaq.

“Bakı-Ağstafa-Bakı qatarlarına biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda bildirilir.

Qeyd edək ki, bayram günlərində Bakı–Qazax–Bakı, Bakı-Balakən-Bakı, Gəncə-Qəbələ-Gəncə marşrutları, eləcə də 21 və 28 mart tarixlərində Bakı-Ağdam-Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq.

Paylaş: