Xəbər axtarın

Son axtarış nəticələri:

Ağdam şəhərində 120 ailəyə mənzillərinin açarları təqdim olunub

17.02.2026 17:26

Fevralın 17-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.

Primeinfo.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə qayıdan 419 nəfərdən ibarət 120 ailəyə mənzillərinin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Paylaş: