Xəbər axtarın

Son axtarış nəticələri:

Aİ Rusiyanın məhkəmə hakimlərinə sanksiyalar tətbiq etdi

23.02.2026 19:56

Avropa İttifaqı (Aİ) Rusiyanın 2 məhkəmə hakiminə yeni sanksiyalar tətbiq edib.

Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.

Belə ki, sanksiya siyahısına rusiyalı iki məhkəmə hakimi, prokuror, istintaqçı və dörd istintaq təcridxanasının rəhbəri daxil edilib.

Brüsselin iddialarına görə, sanksiyalar insan hüquqları pozuntuları ilə əlaqəli olaraq tətbiq edilib və 20-ci paketə aid deyil, çünki o hələ razılaşdırılmayıb.

Sanksiyalar arasında Avropa İttifaqına giriş qadağası və Avropadakı maliyyə vəsaitlərinin bloklanması daxildir.

Paylaş: