Xəbər axtarın

Son axtarış nəticələri:

Amnistiya aktı 18 355 nəfərə şamil edilib

24.02.2026 10:39

Amnistiya aktı indiyədək 18 355 nəfərə şamil edilib.

Primeinfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyuk prokuroru Namiq Əliyev “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda deyib.

Bildirib ki, onlardan 5 638 nəfəri azadlıqdan məhrum etmə cəzasından azad edilənlərdir.

Onların 572 nəfəri Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qadınlar, əlillər və 18 yaşına çatmayanlardır.

96 nəfəri böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilənlər, 1081 nəfəri ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ilədək azadlıqdan məhrum edilənlər, 3 min 386 nəfəri az ağır cinayət törətdiklərinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər, 503 nəfəri isə ilk dəfə ağır cinayət törətdiyinə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərdir.

Amnistiya aktı ilə 9 min 215 nəfər digər cəzalardan azad edilib.

 

Paylaş: