
Ukraynanın “Şaxtyor” (Donetsk) futbol klubunun türk baş məşqçisi, keçmiş ulduz futbolçu Arda Turanla Ukrayna futbolunun əfsanəvi təmsilçilərindən olan, hazırda milli komandaya baş məşqçilik edən Sergey Rebrov görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu öz “Facebook” profilində bildirib.
Onun sözlərinə görə, Arda Turan qısa müddətdə gülər üzü və sayğılı münasibəti ilə Ukraynada böyük hörmət qazanıb.
Bu görüşdən olan videgörüntünü paylaşan A.Natiqoğlu qeyd edib ki, Arda Turanın mehriban, hər kəsə sayğılı davranışı və işə peşəkar yanaşması həm futbol cameəsində, həm də azarkeşlər arasında müsbət qarşılanır.
Qeyd edək ki, tanınmış futbol mütəxəssisi Arda Turan son olaraq Türkiyədə “Eyupspor”a rəhbərlik edib.
Həmin görüntüləri təqdim edirik: