
“Haranı açırsan qabağına “baboş”lar, “velizar”lar çıxır. Sosial şəbəkələrə girirsən, ancaq onlardan danışırlar”.
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.
“Daxili İşlər Nazirliyi “Velizar”ın həbsi ilə bağlı məlumat yaydı. Biz də araşdırdıq ki, bu kimdir? Şoka düşdük ki, bu adama canlı yayımda 80 min insan baxır. Bizim 160 minlik kanalımızda canlı yayımda ciddi mövzularda müzakirələrə isə 1000 nəfər ancaq baxır. Əminəm ki, bu alqoritmləri onlar üçün düzəldirlər.
Azərbaycanda gerçəkdən 80 min gerizəkalı varmı ki, oturub onlara baxsınlar, söyüşlərini eşitsinlər?” – deyə, A.Muradxanlı vurğulayıb.
Davamı “Qırmızı masa”da: