
Nərimanov rayonunda piyadaların təhlükəsizliyinin artırılması üçün növbəti addım atılıb.
Primeinfo.az-a bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Təbriz və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən piyada keçidi artıq svetoforla nizamlanır.
“Yeni işıqfor sistemi sayəsində keçid sahəsində hərəkət daha ardıcıl və intizamlı şəkildə təşkil olunur. Piyadalar və sürücülər yol hərəkəti qaydalarına əməl edirlər və nəticədə yol-nəqliyyat qəzalarının başvermə riski azalır”, – məlumatda bildirilir.
NİİM sürücüləri və piyadaları işıqfor siqnallarına diqqətlə yanaşmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.