
Maliyyəçi və pedofiliyada ittiham olunan Ceffri Epşteynin irsi fondu onun qurbanlarına 35 milyon dollara qədər kompensasiya ödəməyə razılaşıb.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, vəsiyyətnamənin icraçıları vəkil Darren İndik və mühasib Riçard Kan 1995-ci ildən 2019-cu ilin avqustunadək olan dövrü əhatə edən iddialar üzrə təxminən 40 qadına kompensasiya ödənilməsi barədə razılıq əldə ediblər.
Bu məbləğ daha əvvəl 136 iddiaçıya ödənilmiş 121 milyon dollar və 59 zərərçəkmişə verilmiş 48 milyon dollara əlavədir.
İndik və Kan Epşteynin cinayətlərində ittiham olunmayıblar və ödənişlər günahın etirafı olmadan həyata keçirilir.
Maliyyəçinin ölüm anında sərvəti 600 milyon dollar qiymətləndirilirdi. Lakin vergilər, kompensasiyalar və vəkillik haqları səbəbindən bu məbləğ hazırda 120 milyon dollara qədər azalıb.
Vəsaitin bir hissəsi Epşteynin yaxınlarına da çatıb. Onun rəfiqəsi Karina Şulyaka ölümündən iki gün əvvəl 100 milyon dollar köçürüldüyü bildirilir.