Xəbər axtarın

Son axtarış nəticələri:

Epşteynin qurbanları kompensasiya alacaq

20.02.2026 16:00

Amerikalı maliyyəçi Ceffri Epşteynin hüquqi varisi və onun iki həmkarı zorakılıq iddiası ilə çıxış edən qadınlara kompensasiya ödəmək barədə razılığa gəliblər.

Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, onlar hələ həll olunmamış məhkəmə iddialarını həll etmək üçün 35 milyon dollara qədər ödəməyə razılıq veriblər. Vəkillərin hesablamalarına görə, saziş ən azı 40 qadını əhatə edən bir qrup zərərçəkənin bütün iddialarını həll etmək məqsədi daşıyır. Kompensasiya Epşteynin əmlakı tərəfindən maliyyələşdiriləcək.

Qərar Epşteyn Qurbanlarının Kompensasiyası Proqramı çərçivəsində 136 iddiaçıya ödənilən 121 milyon dollarlıq kompensasiyadan sonra qəbul edilib. Belə ki, Epşteynin əmlakından əvvəllər 136 iddiaçıya 121 milyon dollar, daha sonra isə 59 zərərçəkənə 48 milyon dollar təzminat ödənilib.

Saziş layihəsinin qüvvəyə minməsi üçün Nyu-Yorkdakı federal hakim tərəfindən təsdiqlənməsi tələb olunur. Sənədlərə görə, qrupda 40-dan çox qadın varsa, ödəniş 35 milyon dollar, daha az qadın varsa, 25 milyon dollar olacaq. İşə Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsində baxılır və “Ward v. Indike” adlanır. Bu müqavilə, ABŞ-nin ən səs-küylü qalmaqallarından birinin qurbanlarına ödənişlərin edilməsi ilə bağlı çoxillik prosesdə son addımdır.

Paylaş: