Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan deputatların parlamentdəki davasını qınadı

12.02.2026 17:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Böyük Millət Məclisində CHP-li deputatların da iştirakı ilə davaya münasibət bildirib.

Primeinfo.az xəbər verir ki, Ərdoğan bu addımı təkəbbürlü davranış adlandırıb.

“Milli Məclisdə yaşananları hamınız görmüsünüz. CHP-nin faşist və təkəbbürlü düşüncə tərzinə bir daha hamılıqla şahid olduq. Yeni nazirlərimizin andiçmə mərasiminə mane olmaq üçün hər cür qanunsuzluğa, o cümlədən millətin kürsüsünü zəbt etməyə qədər uzanan bütün zorakılıq üsullarına əl atdılar. Amma buna nail ola bilməyəcəksiniz, bu gedişatı dayandıra bilməyəcəksiniz. Bu prosesi dayandırmağa nə əliniz, nə də gücünüz çatmaz”.

Paylaş: