Xəbər axtarın

Son axtarış nəticələri:

Ermənistan müdafiə nazirinin keçmiş müavininin əmlakları müsadirə oluna bilər

06.02.2026 19:30

Ermənistan müdafiə nazirinin keçmiş müavininin daşınmaz əmlaklarını və 92 min dollarını müsadirə etmək istəyirlər.

Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Baş Prokurorluğun məlumatına görə, Antikorrupsiya Məhkəməsi Artur Aqabekyana qarşı qanunsuz əldə edilmiş əmlak haqqında iş üzrə müvafiq iddia qaldırıb.

Qeyd edək ki, Aqabekyan 2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. 2007-2012-ci illərdə parlamentin deputatı olub.

Aqabekyan qondarma “DQR”-in “daxili işlər naziri” də olub.

Paylaş: