Xəbər axtarın

Son axtarış nəticələri:

Evlərdən oğurluq edən şəxs saxlanıldı

14.02.2026 19:52

Evlərdən oğurluq edən şəxs saxlanılıb.

Primeinfo.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Məlumata görə, evlərdən ayrı-ayrı vaxtlarda oğurluqların edilməsi barədə polisə müraciətlər daxil olub.

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə mənzillərdən 3200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları talamaqda şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Paylaş: