
Ötən gün vəfat edən keçmiş deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilib.
Primeinfo.az xəbər verir ki, Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Cənazə dəfn olunmaq üçün Sabunçu rayonu Ramana qəbiristanlığına aparılır.
Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı F.Ağamalı dünən Türkiyənin paytaxtı Ankarada vəfat edib. O, qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş.
F.Ağamalı dünən səhər qaldığı hoteldə ürəktutmasından dünyasını dəyişib. Onu nəşi gecə Azərbaycana gətirilib.
Fəzail Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Xatırladaq ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.
O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.









