Xəbər axtarın

Son axtarış nəticələri:

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala start verilib

04.02.2026 21:09

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Primeinfo.az xəbər verir ki, ilk oyun günündə səfərdə “Sumqayıt”la qarşılaşan “Zirə” heç-heçəyə razılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda hesab açılamyıb.

Raundun cavab matçı martın əvvəlində təşkil ediləcək.

Qeyd edək ki, günün növbəti matçında “Sabah” və “Qəbələ” kollektivləri üz-üzə gələcək.

“Sabah” – “Qəbələ” görüşü isə saat 19:30-da start götürəcək. Bu oyun “Bank Respublika Arena”da reallaşacaq. Raundun cavab matçları martın əvvəlində təşkil ediləcək.

Fevralın 5-də 1/4 final mərhələsinin “Şamaxı” – “Qarabağ” və “Turan Tovuz” – “Kəpəz” oyunları keçiriləcək.

Paylaş: