Xəbər axtarın

Son axtarış nəticələri:

İranda hərbi helikopter qəzaya uğradı: ölənlər var – VİDEO

24.02.2026 11:18

İranın İsfahan əyalətində orduya məxsus helikopter qəzaya uğrayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, hadisə Darç şəhərində yerləşən meyvə-tərəvəz bazarının yaxınlığında qeydə alınıb.

Qəzadan dərhal sonra əraziyə xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub. Xilasedicilər hadisə yerində baş verən yanğını nəzarətə götürə biliblər.

Qəza nəticəsində 4 nəfər ölüb, bir nəfər yaralanıb. Onlardan birinin pilot, digərinin isə onun köməkçisi olduğu deyilir.

Qəzanın texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.

Paylaş: