Xəbər axtarın

Son axtarış nəticələri:

Kats: "HAMAS tərksilah edilməsə, İsrail onu məhv edəcək"

04.02.2026 16:09

İsrailin müdafiə naziri İsrael Kats HAMAS-ı hədələyib.

Primeinfo.az-ın “The Times of Israel”ə istinadən verdiyi xəbərə görə, Kats deyib ki, HAMAS razılaşdırılmış çərçivəyə uyğun olaraq tərksilah edilməsə, İsrail onu və onun bütün imkanlarını məhv edəcək.

Müdafiə naziri İsrailin HAMAS-ı tərksilah etməkdə “qətiyyətli” olduğunu bəyan edib:

“Bütün girovlarımızı geri qaytarmaq məqsədimizə çatdıqdan sonra HAMAS-ın tərksilah edilməsini və Qəzzanın tam silahsızlaşdırılmasını tamamlamaq əzmindəyik”.

Paylaş: