Xəbər axtarın

Son axtarış nəticələri:

"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanılıb

04.02.2026 10:00


“Kəpəz” komandasının futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Primeinfo.az bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, ötən gün saat 05 radələrində 2002-ci il təvəllüdlü Veysəl Mehman oğlu Rzayevi Gəncə şəhəri, M. Bağırov küçəsində kəsici alətlə bir dəfə zərbə vuraraq ona döş qəfəsinin arxa divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirmiş şəxsin kimliyi müəyyənləşib. Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi İnzibati Təcrübə İdarəetməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Araşdırmalar davam etdirilir.

 

Paylaş: