Xəbər axtarın

Son axtarış nəticələri:

Metroda qatarların hərəkəti bərpa olunub - Metropoliten

19.02.2026 10:28

Bakı metropolitenində bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.

Qeyd edək ki, bu səhər Bakı metrosunda qatarların hərəkətində gecikmə müşahidə olunub.

Qurumdan verilən açıqlamaya görə, Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Məhz buna görə də “Dərnəgül-Nərimanov” sahəsində interval fərqi yaranıb.

Paylaş: