
Milli Məclisdə Xocalı qurbanlarının xatirəsi yad edilib.
Primeinfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova xalqımıza qarşı həyata keçirilmiş qanlı soyqırım aktından bəhs edib.
Spiker bildirib ki, bu Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımı ən qanlı insanlıq cinayətidir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbələr sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb”.
Daha sonra Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.