Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir direktoru işdən çıxardı - FOTO

13.02.2026 19:47

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb.

Primeinfo.az Qafnarinfo-ya istinadla xəbər verir ki, elm və təhsil nazirinin Emin Əmrullayevin müvafiq əmri ilə Quluyev Elşad İlyas oğlu vəzifəsindən azad olunub.

Qazax Dövlət Sosial-iqtisadi Kollecinin Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov direktor əvəzi təyin edilib.

Qeyd edək ki, Elşad Quliyev 2009-cu ildən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru idi.

Paylaş: