Xəbər axtarın

Son axtarış nəticələri:

"Nərimanov" stansiyasında qatarda tüstülənmə - VİDEO

19.02.2026 14:51

Metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə baş verib.

Primeinfo.az Baku.ws-ə istinadən xəbər verir ki, tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb.

Hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, “N.Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb:

“Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb. Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub”.

 

 

Paylaş: