Xəbər axtarın

Son axtarış nəticələri:

Peruda hərbi helikopter qəzaya uğrayıb - 15 nəfər həlak olub

23.02.2026 21:50

Perunun cənubunda Mi-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub.

Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan Çala-Vyexo yaşayış məntəqəsi ərazisində, Karaveli əyalətində, Arekipa rayonunda tapılıb.

Hadisə yerinə gələn xilasedicilər ekipajın 4 üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlərin arasında uşaqlar da var.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib.

Paylaş: